Omanın ölmüş sultanının yerinə yeni sultan elan edildi

Omanın ölmüş sultanının yerinə yeni sultan elan edildi

Oman Sultanı Qabus bin Səid vəfat edib.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, Oman Sultanı Qabus bin Səid vəfat edib.

Sultan uzun sürən xəstəlikdən sonra yanvarın 10-da 79 yaşında dünyasını dəyişib.

Məlumata əsasən, Qabus bin Səid 2015-ci ildən xərçəng xəstəlindən əziyyət çəkib. O, dəfələrlə Almaniyaya müalicəyə gedib. Son vaxtlar isə yerli KİV onun səhhətinin ağırlaşması barədə məlumatlar yayırdı.

Qeyd edək ki, sultanın vəfatı ilə bağlı ölkədə 3 günlük matəm elan olunub, ölkə ərazisində dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb.

65 yaşlı Haytam bin Tariq əl Said Omanın yeni sultanı elan edilib. O, daha əvvəl ölkənin mədəniyyət naziri olub.

Xəbəri paylaş

VİDEOLAR