Omanda İmam Hüseynin (ə) əzadarlıq mərasimini keçirənlərə silahlı hücum edilib

Omanda İmam Hüseynin (ə) əzadarlıq mərasimini keçirənlərə silahlı hücum edilib

Məhərrəm ayı və İmam Hüseynin (ə) şəhadəti ilə bağlı Omanın paytaxtı Məsqat şəhərindəki məsciddə əzadarlıq mərasimləri keçirənlərə hücum edilib.

Az.rasthaber.com xəbər verir ki, Omanın paytaxtı Maskatda baş verən silahlı hücumda çoxlu ölən və yaralananların olduğu bildirilib. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Omanın paytaxtı Maskatın Əl-Vadi əl-Kəbir rayonunda məscidin yaxınlığında silahlı hücum olub. Hücumda biri polis məmuru olmaqla 6 nəfərin həyatını itirdiyi, 4-ü polis, təcili yardım və mülki müdafiə qruplarından olmaqla müxtəlif millətlərdən 28 nəfərin yaralandığı bildirilib. Ölkə mətbuatında hücumu təşkil etdiyi müəyyən edilən 3 şübhəlinin öldürüldüyü bildirilib.

Oman Sultanlığının Təhlükəsizlik Ümumi Müdirliyindən verilən açıqlamada hadisə ilə bağlı təhlükəsizlik tədbirləri görüldüyü və araşdırmaya başlanıldığı bildirilsə də, hadisənin səbəbi ilə bağlı məlumat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR