Oman XİN: ABŞ və İran arasında danışıqların ikinci raundu Romada keçiriləcək

Oman XİN: ABŞ və İran arasında danışıqların ikinci raundu Romada keçiriləcək

İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün İran və ABŞ arasında danışıqların ikinci raundu aprelin 19-da Romada keçiriləcək.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi xəbər verib.

“İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları nümayəndələri arasında danışıqların ikinci raundu bu şənbə günü Romada baş tutacaq. Danışıqların məqsədi ədalətli, məcburi və davamlı razılaşmaya doğru gələcək irəliləyişə nail olmaq olacaq”, – deyə nazirlik bildirib.

Qeyd edək ki, 12 apreldə Omanın paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir.

Xəbəri paylaş

VİDEOLAR