Olmert: İsrailin Qəzzada etdikləri müharibə cinayətidir

Olmert: İsrailin Qəzzada etdikləri müharibə cinayətidir

İsrailin keçmiş baş naziri Qəzzada baş verənlərin az qala hərbi cinayət olduğunu, bu müharibənin dəqiq bir məqsədi olmadığını və məhbusların azadlığa buraxılmasına ümidin olmadığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, İsrailin keçmiş baş naziri Ehud Olmert Təl-Əvivin Qəzza zolağında indiki siyasətini sərt şəkildə tənqid edərək, bunun müharibəyə yaxın cinayət olduğunu deyib.

Ehud Olmert BBC-yə müsahibəsində deyib: “Mənim fikrimcə, İsrailin hazırda Qəzzada etdikləri az qala müharibə cinayətidir. Bu müharibənin heç bir məqsədi, əsirlərin həyatını xilas edə biləcək hər hansı uğura nail olmaq ümidi yoxdur.

Müharibənin ən bariz səhnəsi minlərlə günahsız fələstinli mülki vətəndaşın və çoxlu sayda İsrail əsgərinin öldürülməsidir. Bu hadisəyə necə baxsaq da, çirkin və qəzəb doğuran bir mənzərə ilə qarşılaşırıq”.

Olmertin açıqlamalarına cavab verən İsrailin immiqrasiya naziri Ovir Sofer bu açıqlamaların Olmertin qocalığı və ehtimal ki, demensiyası ilə bağlı olduğunu iddia edib.

Xəbəri paylaş

VİDEOLAR