Ölkənin taleyi xalqın seçkilərdə iştirakından asılıdır

Ölkənin taleyi xalqın seçkilərdə iştirakından asılıdır

Ayətullah Xamenei: "Ölkənin taleyi xalqın seçkilərdə iştirakından asılıdır və heç bir güc vasitəsi xalqın iştirakı qədər gücləndirici deyil"

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranda 13-cü prezident seçkiləri, həmçinin Şəhər və Kənd Bələdiyyələrinin İslami Şuraları üzrə 6-cı seçkiləri ərəfəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei xalqa müracət edib, çıxış canlı yayımla yayımlanıb.

Ayətullah Xamenei "Kəramət Həftəsi" (Xanım Məsumə (s.ə) və İmam Rza (ə) mövludları arasında olan həftə) münasibətilə təbrik edərək, seçkilərdə iştirak etməyin önəmindən danışıb.

 "Mütləq ölkənin taleyi təkcə bir zaman kəsiyində deyil, iqtisadi, təhlükəsizlik, səhiyyə və sairə də daxil olmaqla bütün sahələrdə inşallah xalqın cümə günü edəcəyindən asılıdı. Öz iştirakınız və səsinizlə ölkənin taleyini həll edirsir. Xalqın cümə günü edəcəyi böyük iş, birincisi, iştirak prinsipini reallaşdırmaq, ikincisi iştirak və seçimin növü olacaqdır ki, bu sahədə ən yaxşı şəkildə əməl etməyimiz üçün mütəal Allahın İran millətinin ürəklərini yönəldəcəyinə ümid edirik.", -deyə Ayətullah Xamenei bildirib.

Ayətullah Xamenei sonra "Əsas İran İslam Respublikasında xalqın iştirakının fəlsəfəsidir, yəni respublika bir hissə, İslam isə digər bir hissədir. Respublika olmadıqda İslam Respublikası reallaşmayacaq", -deyə əlavə edib.

Ayətullah Xamenei dünyadakı bütün şeytani güc mərkəzlərinin seçkilərə qarşı olduqlarını bildirərək deyib:  "On illər ərzində keçirdiyimiz bütün seçkilərdə belə olub ki, onlar seçkilərin əzəməti və möhtəşəmliyi özünü göstərməsin deyə bütün siyasi və media vasitələrini insanların düşüncəsini məhv etməyə və bacardıqları qədər seçkilərdə müdaxilə etməyə həsr ediblər".

"Düşmənin məqsədi bu seçkilərin İslam Respublikasının arzu etdiyi şəkildə keçirilməsinə mane olmaq, yəni xalqı quruluşdan uzaqlaşdırmaqdır. Çünki insanların seçkilərdə iştirak etməməsi təbii olaraq, onların İslam Respublikası Quruluşundan uzaqlaşması deməkdir ki, bu da düşmənin istəyidir", - deyən İslam İnqilabının rəhbəri əlavə sonra belə deyib:  "Xalqın mətni, həm seçkilərdə, həm yürüşlərdə, həm də digər məsələlərdə düşmənin istədiklərinin əksini etdiklərini göstərib. Bu dəfə də Allahın lütfü ilə belə olacaq. İnsanlar inşallah iştirak edəcəklər və İslam Respublikası Quruluşuna şərəf verəcəklər".

Xəbəri paylaş

VİDEOLAR