Nyu-York ştatında koronavirus infeksiyasından ölənlərin sayı son sutka ərzində daha 195 nəfər artıb.
ABŞ-ın Nyu-York ştatında koronavirus infeksiyasından ölənlərin sayı son sutka ərzində daha 195 nəfər çoxalıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo açıqlamasında deyib. Bundan əvvəlki gün 161 nəfərin öldüyü deyilirdi.
Kuomonun sözlərinə görə, xəstəxanaya yerləşdirilmiş və eləcə də süni tənəffüs aparatına qoşulan xəstələrin sayında azalma müşahidə edilir.