Nyu-York polisi Fələstinə dəstək verən qadınları yumruqlayıb

Nyu-York polisi Fələstinə dəstək verən qadınları yumruqlayıb

Bruklin Muzeyində İsrailin Qəzzada dinc sakinləri öldürməsinə etiraz edən kütləni polis sıxışdırıb və onlarla nümayişçini saxlayıb.

Az.rasthaber.com xəbər verir ki, Nyu-Yorkun Bruklin şəhərindəki muzeydə Fələstinin lehinə etiraz aksiyası təşkil edənlər polisin sərt müdaxiləsi ilə qarşılanıb.

Nyu-York polisinin (NYPD) sionist İsrailin Qəzzada dinc sakinləri qətlə yetirməsinə etiraz edən nümayişçilərə münasibəti getdikcə sərtləşir.

Nümayişçilər İsrailin Qəzzaya qanlı hücumlarına, xüsusən də Rəfaha son hava hücumuna etiraz etmək üçün Bruklin Muzeyinin bəzi hissələrini zəbt ediblər.

Etirazçılar muzeyin damına “Azad Fələstinə” və “Soyqırımı dayandırın” sözləri yazılmış nəhəng pankart asıblar.

NYPD çevik polisi hadisə yerinə gələrkən polislə nümayişçilər arasında şiddətli mübahisə yaranıb.

Dava nəticəsində onlarla fələstinli tərəfdar nəzarətə alınarkən, polis məmurlarının qadın nümayişçini yerə atdıqdan sonra yumruqla vurduğu anlar kameralara düşüb.

Əlləri arxadan qandallı olan kişi etirazçının üzünün qan içində olduğu görülüb.

Xəbəri paylaş

VİDEOLAR