Nyu-York Fond Birjası 2 aylıq fasilədən sonra yenidən açılıb

Nyu-York Fond Birjası 2 aylıq fasilədən sonra yenidən açılıb

Birjaya daxil olan hər kəsdən ictimai nəqliyyatdan istifadədən çəkinmək xahiş olunur.

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Nyu-York Fond Birjasının ticarət zalı çərşənbə axşamı iki aylıq fasilədən sonra ilk dəfə olarak yenidən açılıb. Eyni zamanda ştatın qanunverici orqanı koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilmiş məhdudiyyətlərin yüngülləşdirilməsi ilə yenidən fəaliyyətə bərpa edib.

Treyderlər ştat qubernatoru Endrü Kuomonun martdan bəri virusla əlaqədar bağlanan birjanın açılışını elan etməsini sevinclə qarşılayıblar. Yenidən yayılmanın qarşısını almaq üçün tətbiq olunan qaydalara görə, ticarətçilər maska taxmalı və 2 metr sosial məsafə saxlamalıdır. Birjaya daxil olan hər kəsdən ictimai nəqliyyatdan istifadədən çəkinmək xahiş olunur.

Qanunvericilər apreldə dövlət büdcəsini qəbul etdikdən sonra evlərində qalmağa məcbur olduqdan bəri ilk dəfə çərşənbə axşamı sessiyada iştirak edəcək. Ştat senatının və aasambleyasının bir neçə üzvü ofislərindən və ya otaqlardan qanun layihələrini müzakirə etmək və səs vermək üçün ştatın paytaxtı Albaniyə yollanacağı gözlənilirdi. Belə ki, onlar qanunları və maliyyə hesablarını müzakirə edib səsə qoymalıdır. Bəziləri ofislərdən bu proseslərə qoşulsa da, əksər nümayəndələr evdən video və telekonfranslar vasitəsilə iştirak edəcək.

Xəbəri paylaş

VİDEOLAR