Nüvə müharibəsi riskləri indi çox realdır, bu təhlükəni qiymətləndirməmək olmaz, lakin bu təhlükəni süni şəkildə artırmağa hazır olanlar çoxdur.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Pervıy” kanalının efirində deyib.
Onun sözlərinə görə yanvarda “nüvə beşliyi” ölkələri bu silahlardan istifadənin yolverilməzliyini təsdiqləyiblər.
“Bu, bizim prinsipial mövqeyimizdir. Sizin hörmətli politoloqlara istinad edərək dediyiniz kimi, risklər həqiqətən çoxdur. Bu risklərin süni şəkildə şişirdilməsini istəməzdim, amma bunu istəyənlər də az deyil. Təhlükə ciddidir, realdır, onu qiymətləndirməmək olmaz”, - Lavrov bildirib.
Nazir həmçinin Qərb ölkələrinin öz qoşunlarının Ukraynaya göndərilməsinə imkan verməyəcəklərinə ümid etdiyini bildirib.