Nüvə anlaşmasını pozmayın və təxribatçı hərəkətlərdən əl çəkin..

Nüvə anlaşmasını pozmayın və təxribatçı hərəkətlərdən əl çəkin..

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif öz bu barədə "Twitter" səhifəsində yazıb

Zərif alman həmkarı Hayko Maasın nüvə anlaşması ilə bağlı açıqlamasına reaksiya olaraq vurğulayıb: "Nüvə anlaşmasının Avropalı tərəfləri İranın öhdəliklərindən danışmazdan əvvəl, nüvə anlaşmasını pozmaqdan və Fars körfəzi regionunda təxribatçı hərəkətlərindən əl çəkməlidirlər".

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" səhifəsində qeyd edib ki, Hayko Maas və Avropa Troykası yəni Almaniya, Britaniya və Fransa İranın addımlarından danışmazdan əvvəl nifrət doğuran korona aparteidindən, nüvə anlaşmasını pozmaqdan və Qərbi Asiyada təxribatçı davranışlardan, o cümlədən Fars Körfəzinin ərəb ölkələrinə 100 milyard dollarlıq silah satmaqdan və İsrail rejiminin tərrorçu hərəkətlərini kor-koranə dəstəkləməkdən əl çəkməlidirlər".

İran İslam Respublikası xarici işlər naziri sonda Avropa Troykasını BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsindəki öhdəliklərinə əməl etməyə çağırıb.

Qeyd edək ki, Almaniyanın Xarici İşlər Naziri Hayko Mass, Ağ Evin siyasətinə uyğun olaraq, verdiyi açıqlamada, Almaniyanın İranla alternativ və daha geniş bir nüvə anlaşması ardınca olduğunu bildirib və hazırkı anlaşmanın yetərsiz olduğunu vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR