Nüvə alimi Möhsin Fəxrizadə dəfn edildi - FOTO

Nüvə alimi Möhsin Fəxrizadə dəfn edildi - FOTO

Terror nəticəsində qətlə yetirilən Möhsin Fəxrizadənin dəfn mərasimi keçirilib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, mərasimdə Möhsin Fəxrizadənin ailəsi, SEPAH-ın baş komandanı general-polkovnik  Hüseyn Səlami, İran Ordusunun baş komandanı general-polkovnik Əbdürrəhim Musəvi, müdafiə naziri general-mayor Əmir Hatəmi, SEPAH-ın Qüds Qüvvələrinin komandanı general Qaani, SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Xakpur, İranın yol və şəhərsalma naziri Məhəmməd İslami, Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və bir sıra digər siyasi, hərbi rəsmilər iştirak ediblər.

Mərasimin davamında Müdafiə Nazirliyi nəzdində İdeoloji-Siyasət İdarəsinin sədri Seyid Ziyaəd-Din Ağacanpur İslam İnqilabının Böyük Rəhbərinin şəhid Möhsün Fəxrizadənin şəhadəti münasibətilə ünvanladığı müraciəti qiraət ediblər, sonra isə  cənazə namazı qılınıb.

Mərhumlar Tehrandakı İmamzadə Saleh (ə)-ın hərəminə köçürülüb və naməlum şəhidlər, həmçinin şəhid Şəhriarinin yanında torpağa tapşırılıb.

Xəbəri paylaş

VİDEOLAR