"Nücəba” hərəkatının baş katibi bəyan edib ki, İraq müqavimət gücləri amerikalıları onlar bu ölkəni tərk etməyənə qədər rahat buraxmayacaq.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, "Nücəba” hərəkatının baş katibi Əkrəm Əl-Kəəbi iraqlıların 2003-cü ildə ölkəni işğal edən amerikalılardan canlarını qurtardığı təqdirdə bayram edəcəklərini vurğulayıb.
O, ABŞ dövlət katibinin köməkçisi Con Hudun “Yalnız kənar qüvvələrin İraqın daxili işlərinə qarışmayacaqları təqdirdə burada sülhün bərqərar ola biləcəyi” fikrindən hiddətləndiklərini ifadə edib.
Əl-Kəəbi deyib: “Məhz siz amerikalılar İraqdakı bir çox bəlaların əsas mənbəyisiniz. Biz komandirimiz general Qasim Süleymaninin, habelə İraqın müstəqilliyini müdafiə edən qəhrəman döyüşçülərin intiqamını almadan sizi necə rahat buraxa bilərik”.