27.07.2021 15:00:35
Nücəba" Hərəkatının sözcüsü Mühəndis Nasr əl-Şəmmari deyib
Rasthaber Azərbaycan xəbər verir ki, "Nücəba" Hərəkatının sözcüsü ABŞ-ın İraqdakı varlığını sona çatdırmaq üçün hər cür addım atacaqlarını bildirib.
"ABŞ hərbi varlığına görə hədəfimizdədir. Müxtəlif adlarla olsa da müqavimət silahının hədəfindədir.", -deyə "Nücəba" Hərəkatının sözcüsü Mühəndis Nasr əl-Şəmmari əlavə edib.
"Əl Mayadeen"a müsahibəsində Şəmmari "Həm müvəqqəti baş nazir, həm müdafiə naziri, həm də Milli Təhlükəsizlik Müşaviri, İraqın müstəqilliyini qorumaq üçün xarici güclərə ehtiyac olmadığını və Ordunun bu mövzuda lazım olan imkan və qabiliyyətə malik olduğunu bildirdilər.", -deyə qeyd edib.
Nücəba sözcüsü XİN başçısı Fuad Hüseynin açıqlamasını tənqid edərək deyib: "Gözlənilməz şəkildə, Xarici işlər naziri mütəxəssislərə qulaq asmaq əvəzinə, İraqın ABŞ güclərinə və müşavirlərinə ehtiyacı olduğunu deyir. Dırnaq içində bildirməliyəm ki, bu xarici işlər naziri vəzifəsini icra etməmişdən oncə İraq adı altında hökümətə inanmadığını açıqlamışdı. O hədəflərinə görə ölkənin qeyri-sabit və təhlükəsiz olmasını istəyir."