17.09.2021 15:00:55
İraqın "Nücəba" İslami Müqavimət Hərəkatının sözcüsü bu barədə danışıb
Rasthaber Azərbaycan xəbər verir ki, İraqın "Nücəba" İslami Müqavimət Hərəkatının sözcüsü İrandan Livana yanacağın göndərilməsi məsələsinə münasibət bildirib.
İraqın "Nücəba" İslami Müqavimət Hərəkatının sözcüsü Nasir əş-Şəmmari yanacaqların Livana göndərilməsini İranın vədinin gücünün və doğruluğunun bir sübutu kimi dəyərləndirib.
"Livan milləti, Seyid Nəsrullah və Hizbullah öndərliyində keçən 40 il müddətdə bizi zəfərə öyrətdi. Mübarizə və qaçaq pul transferi, onlar üçün peşmanlıqdan başqa bir nəticə vermir. İran bir daha güclü və dürüst bir müttəfiq olduğunu göstərdi. Bu Allahın "Şübhəsiz Hizbullah qalib olacaqdır" ayəsinin misalı deyilmi?", -deyə əş-Şammari bildirib.