İraq prezidenti Barham Salihin Davosda ABŞ prezidenti Donald Tramp ilə görüşməsi İraqda etirazlara səbəb olub.
Rasthaber Azərbaycan xəbər verir ki, İraq prezidenti Barham Salihin Davosda ABŞ prezidenti Donald Tramp ilə görüşməsi İraqda etirazlara səbəb olub.
“Nücəba” hərəkatının sözcüsü Nasir Şimri görüşlə bağlı Salihə xitabla deyib: “Öz əllərinlə özünü devirdin, özünü balacalaşdırdın və zillətə yönəltdin.”
Hərəkat sözcüsü həmçinin Barham Salihin 2017-cü ildə Kürdüstan Bölgəsinin ayrılması ilə bağlı referendumunu dəstəkləməsinə işarə edərək “Rədd ol separatçı, iraqlıların şəhidləri və pak qanlarına dəyər verməyən onlardan biri deyildir.”, -deyə əlavə edib.
Qeyd edək ki, ABŞ İraq suverenliyi və dövlət sərhədlərini heçə sayaraq İraq Ordusunun bir parçası olan “Haşdi Şabi”nin yüksək rütbəlilərindən biri, həmçinin İraq hökümətinin dəvətilə anti-terror əməliyyatlarına dəstək vermək və təşkil etmək üçün İraqa gəlmiş Qüds güclərinin rəhbərinə sui-qəsd etmişdi. Buna görə, parlament ABŞ Ordusunun İraqdan çıxmasını tələb etmişdi. İraq prezidentinin İsveçrəyə səfəri zamanı Trampla görüşmə ehtimalı olduğundan “Haşdi Şabi” və bir çox siyasi qruplar Barham Salihi Trampla görüşməməyə çağırmışdı.