3.07.2021 11:26:12
Bu barədə İraqın "Nücəba" Hərəkatının sözcüsü Nasil Əl Şəmmari bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, İraqın "Nücəba" Hərəkatının sözcüsü Nasir Əl Şəmmari "əl-Masirah" agentliyinə müsahibəsində "ABŞ, İraqdakı ən güclü sığınacağında ağır zərbələr aldıqdan sonra çətin vəziyyətə düşdü.", -deyib.
Nücəba sözcüsü sözlərinin davamında "Amerikalılar İraqda, mümkün olan ən az ziyanla geri çəkilmək istəyirlər. İraqdakı müqavimət hərəkatları hər hansı bir yerdən hədəfə alınsa, düşmən amerikalılara cavab olacaqdır.", -deyə əlavə edib. rasthaber azərbaycan
"Nücəba" Hərəkatının sözcüsü Nasir Əl Şəmmari bildirib ki, ABŞ onlara vasitəçilərlə söz göndərib: "2 min hərbiçinin çəkilməsi üçün möhlət istədilər."
Şəmmari sonra deyib: "Müqavimət hərəkatları ABŞ-ın İraqdan dərhal çıxmasını tələb edir, əks təqdirdə olacaqlardan məsuliyyətli deyilik. Biz onları məcbur etmə gücünə sahibik."