Livan Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah çıxış edib
Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah hazırkı sanksiya və embarqoların şərtlərini, xüsusilə ABŞ-ın İran və Livan Hizbullahı əleyhinə sanksiyalarını, Sədri İslam dönəmində, məkkəli kafirlər və müşriklərin Əbu Talib dərəsindəki müsəlmanlara qarşı iqtisadi və sosial baxımdan sanksiya və embarqo tətbiqinə bənzədib.
Nəsrullah “Bəni Haşimin Əbu Talib dərəsində mühasirəsi zamanı müsəlmanlardan Həzrət Muhəmmədi təslim etmələrilə mühasirənin dayandırılması şərti bu gün Livan müqavimət güclərinə qarşı yaşadılır; “silahlarınızı yerə qoyun, ölkəyə verdiyiniz dəstəkdən əl çəkin və İsrail nə istəyirsə etsin” deyilir.”, -deyə qeyd edib.
Seyid Həsən Nəsrullah çıxışının davamında deyib: “Bu gün koronavirusun Əbu Talib dərəsində mühasirənin ağac qurdu ilə qırılmasında yaşanan hadisə kimi indi də dünyada zalimlərin bəzi millətlər əleyhinə mühasirəsini də qıracaq.”
Hizbullah lideri korona dövründən sonra bir çox ölkələrin və millətlərin Amerikanın biryönlü siyasətlərinə qarşı çıxacaqlarını da vurğulayıb.