O, qeyd edib ki, ölkədə baş verən bütün problemlərin səbəbi işğalçı qüvvələrdir.
Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüsslam Hudeyda şəhərinə edilən hücumlarla bağlı danışıb.
Məhəmməd Əbdüsslam açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri atəşkəs rejimini pozaraq mülki şəxsləri hədəfə alırlar.
Bundan əlavə ölkədə humanitar vəziyyətin pisləşdiyini diqqətə çatdıran Məhəmməd Əbdüsslam buna görə Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin məsuliyyət daşıdığını sözlərinə əlavə edib.
O, qeyd edib ki, ölkədə baş verən bütün problemlərin səbəbi işğalçı qüvvələrdir.