Yəmənin Ənsarullah Hərəkatının sözçüsü HƏMAS ilə sionist İsrail rejimi arasında 4 günlük müvəqqəti atəşkəslə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam açıqlamasında deyib:
Fələstin xalqını böyük sabitlik və düşmənə qarşı şiddətli müqavimətinə görə təbrik edirik.
Fələstin xalqının nümunəvi və fövqəladə sabitliyi və müqaviməti düşmənin məqsədlərini puç etdi və onu müqavimət şərtlərinə tabe olmağa məcbur etdi.
Əbdüsselam dedi: Düşmən elan etdiyi məqsədlərinə çata bilmədi.
Ənsarullah sözçüsü daha sonra bildirib:
Qəzzada müqavimət davam edir və davam edəcək. Həmas möhkəm dayanır və düşmən onun strateji itkilərini qəbul etməlidir.
Digər tərəfdən, Yəmənin Səada şəhərində müqavimətə və Qəzzə xalqına dəstək məqsədilə böyük yürüş keçirilib.