Ənsarullahdan Fələstin Müqavimətinə dəstək: Hərbi dəstəyimizə arxayın olun

Ənsarullahdan Fələstin Müqavimətinə dəstək: Hərbi dəstəyimizə arxayın olun

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü sionist rejimlə mübarizənin davam etdiyini vurğulayaraq, fələstinli müzakirəçilərdən Yəmənə və onun hərbi dəstəyinə etibar etmələrini istəyib.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Abdullah Nəimi sionist rejimlə mübarizənin davam etdiyini vurğulayaraq, Fələstinli müzakirəçilərdən Yəmənə və onun hərbi dəstəyinə etibar etmələrini istəyib və deyib:

"Bizim dayanmaq və müqavimət göstərmək gücümüz var və bu düşmənə ölümcül zərbə vurmağa hazırıq".

Ənsarullah Hərəkatının bu rəsmisi Fələstin müqavimətinə xitab edərək deyib:

"Yəməndə sizi dəstəkləyirik, danışdığınız zaman qılıncımızla vurun və hərbi dəstəyimizə arxayın olun”.

Xatırladaq ki, bir neçə saat əvvəl yəmənlilər növbəti dəfə işğal olunmuş ərazilərə raket hücumu edib və sionist rejimin müdafiə sistemləri Yəmən raketləri qarşısında uğursuzluğa düçar olub. Bu gün Yəmənə raket hücumundan sonra qorxan onlarla sionist sığınacaqlara qaçıb.

Xəbəri paylaş

VİDEOLAR