Yəməndəki husilər ABŞ və Böyük Britaniyanı hərbi gəmilərini Qırmızı dənizdən çıxarmağa çağırıb.
Az.rasthaber.org xəbər verir ki, Husilərə məxsus SABA xəbər agentliyi Husilərin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husinin paytaxt Sənada keçirilən hərbi paradda çıxış etdiyini açıqlayıb.
Xəbərə əsasən, Husi qeyd edib ki, ABŞ və Böyük Britaniyanın Qırmızı dənizdəki mövcudluğu Vaşinqton və Londonun iddia etdiyi kimi beynəlxalq gəmiçiliyi qorumaq üçün deyil, Fələstin xalqına qarşı soyqırım müharibəsi aparan İsraili müdafiə etmək üçündür.
ABŞ-ın husilərin nəzarətində olan əraziləri bombaladığı zaman husilərin qorxmadığını ifadə edə Husi Yəmən xalqına qarşı işləyən istənilən gəminin batırılacağını bildirib.
Ənsarullah ABŞ və Böyük Britaniyanın təhdidlərinin faydasız olduğunu qeyd edərək, onları gəmilərini Qırmızı dənizdən çıxarmağa çağırıb.
Husi həmçinin ABŞ və Böyük Britaniyanı İsrailin baş naziri Benyamin Netanyahuya hücumları dayandırmağa və Qəzzadakı mühasirəni aradan qaldırmağa yönəltməyə çağırıb və bunun doğru yol olduğunu bildirib.