Ənsarullahdan ABŞ, İngiltərə və İsrailə ağır zərbə

Ənsarullahdan ABŞ, İngiltərə və İsrailə ağır zərbə

Yəmən Ənsarullah Hərəkatı bu həftə Qırmızı dəniz, Oman dənizi və Hind okeanında ABŞ, İngiltərə və sionist İsrailə məxsus 10 gəmini vurduqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah lideri Əbdülməlik əl-Husi televiziyada yayımlanan çıxışında Ənsarullah qüvvələrinin Qırmızı dəniz, Oman dənizi, Hind okeanı və Aralıq dənizinə doğru 27 ballistik və qanadlı raket və pilotsuz uçuş aparatları ilə Qəzzaya dəstək əməliyyatları həyata keçirdiyini bildirib.

Əbdülməlik əl-Husi bildirib ki, bu 10 əməliyyatda sionist İsrail, ABŞ və ingilislərin düşmənlərinə bağlı 10 gəmi və işğal olunmuş Fələstin limanlarına giriş qadağanını pozan şirkətlərə məxsus gəmilər hədəf alınıb.

Qəzzaya dəstək aksiyalarının başladığı 2023-cü ilin noyabrından bu yana ABŞ, İsrail və İngiltərəyə məxsus gəmilərin sayının 129-a çatdığını bildirən Husi, dördüncü mərhələ çərçivəsində əməliyyatların davam etdiyini və bundan sonra da davam edəcəyini qeyd edib. 

Xəbəri paylaş

VİDEOLAR