Səna hökuməti ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, Səna hökuməti yazılı açıqlamada, ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarını pisləyib.
Bəyanatda deyilir: “Tramp administrasiyasının İranın üç nüvə obyektinə qarşı vəhşicəsinə təcavüzü təkcə ölkənin suverenliyinin pozulması deyil, həm də qardaş İran xalqına qarşı açıq müharibə elanıdır”.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Səna hökumətinin bəyanatında deyilir: “ABŞ-ın İran İslam Respublikasına qarşı açıq və qəddar təcavüzünü pisləyirik və gərginliyin bu şəkildə artmasına müstəqil və möhkəm xalqa qarşı təcavüzkar və təhlükəli addım kimi baxırıq”.
Yəmən bu hücumun ABŞ-ın beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmət etmədiyini və imperialistlərin çirkin üzünü nümayiş etdirdiyini bildirib.
Digər tərəfdən, Yəmən ordusunun verdiyi rəsmi açıqlamada ABŞ-a sərt dillə xəbərdarlıq edilib.
Yəmən Ordusu ABŞ-a belə bir bəyanat verdi: “Biz rəsmi olaraq müharibəyə girdik və Qırmızı dənizdəki bütün Amerika gəmilərinə hücum edəcəyik. Gəmilərinizi və qayıqlarınızı Qırmızı dənizdən uzaq tutun”.