Ənsarullah: Yəmən sərvətlərini talayanların gəmiləri hədəfə alınacaq

Ənsarullah: Yəmən sərvətlərini talayanların gəmiləri hədəfə alınacaq

Yəmənin Milli Qurtuluş Hökumətinin baş naziri Səudiyyə koalisiyasının bu ölkənin neftini oğurlamaq cəhdlərinə cavab olaraq bildirib ki, bu cür cəhdlər təkrarlanarsa, xəbərdarlıq etmədən Yəmən sərvətlərini talayanların gəmilərini hədəfə alacaqlar.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Yəmənin Milli Azadlıq Hökumətinin Baş naziri Əbdül-Əziz Bin Həbtur açıqlama verib.

O, bundan sonra xəbərdarlıq etmədən təcavüzkar ölkələrin gəmilərini birbaşa hədəfə alacaqlarını bildirərək bəyan edib ki, dünya bilməlidir ki, onlar ölkə xalqının aclıqdan ölməsinə və Yəmənin sərvətlərinin talanmasına imkan verməyəcəklər.

Xəbəri paylaş

VİDEOLAR