Ənsarullah: Yəmən qüvvələri düşmən ərazilərinin dərinliklərinə zərbələr endirə bilir

Ənsarullah: Yəmən qüvvələri düşmən ərazilərinin dərinliklərinə zərbələr endirə bilir

Yəmənin "Ənsarullah" hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəhiti bəyan edib ki, Yəmən qüvvələri Səudiyyə Ərəbistanı və BƏƏ ərazilərinin dərinliklərinə zərbələr endirə bilirlər.

"Yəmən müharibəsinin ilk günlərindən fərqli olaraq, Yəmənin ordu və xalq komitələri qüvvələri artıq Səudiyyə Ərəbistanı və BƏƏ-nin dərinliklərinə hücum etmək imkanına sahibdir", - deyə o bildirib.

Az.rasthaber.com "Al-Arabi"-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının təklifinə toxunan əl-Bəhiti deyib ki, "ər-Riyadın elan etdiyi şey sülh planı deyil" və bu, "Yəməni beynəlxalq himayı altına atır".

"Onların planı Yəmən üzərində qəyyumluq tətbiq etmək üçün olan şərtlər toplusudur və bu, qeyri-məqbuldur", - deyə o əlavə edib.

Əl-Bəhiti "Al-Alam"-a müsahibəsində deyib ki, Yəmənin işğalçı koalisiyaya qarşı əməliyyatları onların hücumları dayanana və blokada aradan qaldırılanadək davam edəcək.

"Səudiyyə-Əmirlik təcavüzkarlar koalisiyasına daxil olan ölkələr Yəməndəki cinayətlərini gizlətmək üçün ictimai fikri yayındırır", - deyə o əlavə edib.

"Ənsarullah" rəsmisi bildirib ki, işğalçı koalisiya hər məğlubiyyətindən sonra dinc yəmənliləri bombalayır.

"Bir çox dünya rejimlərinin mövqeləri koalisiya qüvvələrinin dəstəklənməsi və onların cinayətlərinin gizlədilməsindən ibarətdir", - deyə o vurğulayıb.

Əl-Bəhiti koalisiyanın Yəmənin internet şəbəkəsinə hücumunu da tənqid edərək deyib ki, "bu addımların məqsədi Yəməni xarici aləmdən təcrid etmək və bu koalisiyanın cinayətlərini dünya ictimaiyyətindən gizlətməkdir".

Xəbəri paylaş

VİDEOLAR