16.12.2019 14:45:58
"Ənsarullah" Hərəkatı üzvü Hamid Asim, Qətərin "Al Jazeera" agentliyinə danışıb
Rasthaber Azərbaycan xəbər verir ki, "Ənsarullah" Hərəkatı üzvü Hamid Asim, Qətərin "Al Jazeera" agentliyinə verdiyi açıqlamada "Səudiyyə koalisiyası, Ənsarullah Hərəkatının İranın bölgədəki qolu olduğunu iddia edir; əksinə özləri Sionist rejim, ABŞ və İngiltərənin bölgəsəl kuklalarıdır.", -deyib.
Hamid Asim, Riyad ilə müzakirə mövzusuna da işarə edib:"Səudiyyə bizimlə müzakirə etmək istəyirsə, gizli deyil açıq danışıqlara başlamağa hazırıq."
Ənsarullah üzvü sözlərinin davamında "Amerika, problemin və Yəməndəki müharibənin bir parçasıdır. Səud işğalçılara silah sataraq, mənəvi və logistik dəstək verərək müharibəni idarə edir. ABŞ müharibəni həqiqətən dayandırmaq istəyirsə, Səudiyyə və BƏƏ-yə müharibəni dayandırmaq əmri verməlidir.", -deyə qeyd edib.