Yəmən Ordusu və xalq güclərinin yaxında Marib şəhərinə girəcəklərini bildirilib
Rasthaber Azərbaycan Yəmən Milli Qurtuluş Höküməti Təhlükəsizlik Komitəsinin sədri General Yəhya əl Hakim, Yəmən Ordusu və xalq güclərinin yaxında Marib əyalətinə girəcəklərini bildirib.
Yəmən Milli Qurtuluş Höküməti Təhlükəsizlik Komitəsinin sədri General Yəhya əl Hakim Səudiyyə koalisiyasını Mariv vilayətindəki neft və infrakstrukturu bombalaması mövzusunda xəbərdarlıq edərək, Yəmənin Səudiyyə Ərəbistanının neft və bütün infrakstrukturunu hədəf alaraq məhv etmə gücünə sahib olduqlarını bildirib.
Yəhya əl Hakim Yəmən silahlı güclərinin Səudiyyə, BƏƏ, Tel Əviv və daha uzaq bölgələrdəki həssas nöqtələri haqqında məlumata malik olduğunu da önə çəkib.
Maribin önəmli olmasının səbəbi iqtisadi baxımdan strateji əhəmiyyətə malik olmasıdır. Belə ki, təbii sərvətlər, neft və təbii qaz, su anbarı və suvarma bazasına malik olan Marib Yəmənin önəmli əyalətləri sırasındadır. Bu bölgə Yəmən ordusunun əlinə keçəcəyi təqdirdə, Yəməndəki iqtisadi problemlərin çoxu həll ola bilər. Bu coğrafi baxımdan da Yəmən xalqı üçün önəmlidir. Səudiyyə Yəmənə qarşı nəzarəti bu yolla təmin etməyə üstünlük verir.