Ənsarullah sionist rejimin Qəzzaya hücumunu pisləyib

Ənsarullah sionist rejimin Qəzzaya hücumunu pisləyib

Yəmənin Ənsarullah Hərəkatı sionist rejimin Qəzzayə endirdiyi hava hücumlarını pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının Siyasi Bürosunun yaydığı yazılı açıqlamada, sionist rejimin Qəzzə zolağına təcavüzünü və Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Qüds qüvvələrinin baş komandanı Teysir əl-Cəbarinin öldürülməsini pisləyib.

Ənsarullah Fələstin xalqının sionist rejimin qəddar təcavüzünə cavab vermək hüququnu vurğulayıb.

Ənsarullah həmçinin ərəb və İslam ümmətindən İsrailin təcavüzünə qarşı Fələstin müqavimətini dəstəkləmək üçün öz öhdəliklərini yerinə yetirmələrini istəyib.

Xəbəri paylaş

VİDEOLAR