Ənsarullah sionist İsrailin Ben Qurion hava limanını yenidən hədəfə aldı

Ənsarullah sionist İsrailin Ben Qurion hava limanını yenidən hədəfə aldı

Yəmənin Ənsarullah Hərəkatı sionist İsrailin Ben Qurion hava limanını hipersəs ballistik raketlə vurduqlarını və hava limanında hava hərəkətini dayandırdıqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah sionist İsrailin Ben Qurion hava limanını bir daha hipersəs ballistik raketlə vurduqlarını və hava limanında hava hərəkətini dayandırdıqlarını açıqlayıb.

Yəmənin Ənsarullah Hərəkatının Hərbi sözçüsü Yəhya Seri Telegram kanalında bu açıqlama ilə çıxış edib.

"Yəmən Silahlı Qüvvələrinin raket bölmələri İsrailin Lod hava limanı kimi tanınan, işğal altındakı Yaffa bölgəsində Ben Qurion hava limanına qarşı hipersəs ballistik raketlərdən istifadə edərək hərbi əməliyyat keçirib. Əməliyyat öz məqsədinə uğurla nail olub, milyonlarla sionist işğalçının sığınacaqlara qaçmasına və hava limanında hava hərəkətinin dayandırılmasına səbəb olub".

Husilər daha əvvəl İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını genişləndirməsinə cavab olaraq Tel-Əvivdəki Ben Qurion hava limanını mühasirəyə aldıqlarını açıqlamış və xarici aviaşirkətləri təhlükəsizlik səbəbi ilə hava limanına uçmamağa çağırmışdılar.

Xəbəri paylaş

VİDEOLAR