Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam ingilislərin bu ölkədəki fəaliyyətləri ilə bağlı açıqlama verib.
Rasthaber Azərbaycan Eastnews.org-a istinadən xəbər verir ki, Məhəmməd Əbdüssəlam verdiyi açıqlamada vurğulayıb ki, ingilislərin əl-Məhra vilayətindəki varlığı ABŞ və İsrail rejimi maraqlarına xidmət edir.
"İngilislərin əl-Məhra vilayətindəki hərbi varlığı yeni hadisə deyil və onlar iki ildir ki bölgədədirlər. Biz ölkəmizdə olan bütün xarici hərbi qüvvələri işğalçı olaraq qəbul edirik. Buna görə də ingilislərin hərbi qüvvələri hədəflərimiz arasındadır və onları vurmaq haqqına sahibik", - deyə Məhəmməd Əbdüssəlam diqqətə çatdırıb.
O, qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri də Sokotra adasını işğal edərək bölgənin həm demoqrafik, həm də mədəni vəziyyətini dəyişdirməyə çalışır.