Ənsarullah Rəhbəri: Sionist lobbisi müsəlmanların içərisinə sızmağa çalışır

Ənsarullah Rəhbəri: Sionist lobbisi müsəlmanların içərisinə sızmağa çalışır

Yəmən Ənsarullah Hərəkatının lideri vurğulayıb ki, Amerika, sionist rejim və bəzi Avropa rejimləri də daxil olmaqla, dünyada yəhudi-sionist lobbisi müsəlmanlar üzərində hökmranlıq etməyə və onlara sızmağa çalışır.

Az.rasthaber.com  xəbər verir ki, Yəmən İnqilabının və Ənsarullah hərəkatının ruhani lideri Seyyid Əbdülməlik Bədrəddin Husi çərşənbə axşamı axşam saatlarında Məhəmməd peyğəmbərin (s) mövludu günü ərəfəsində çıxış edib.

O, çıxışında bütün İslam dünyasını və Yəmən xalqını bu müqəddəs gün münasibətilə təbrik edib.

Husi çıxışının əvvəlində bu əlaqənin müsəlmanların İslam və Quranla bağlarını gücləndirdiyini qeyd edərək dedi:

"Ümid edirik ki, xalqımız ötən illərdə olduğu kimi bu il də Peyğəmbərimizin (s) mövlud gününü möhtəşəm bir iştirakla qeyd edəcək.

Müsəlmanlar indi Peyğəmbərimiz (s) və Qurani-Kərimlə əlaqələrini gücləndirməlidirlər. Müsəlmanları təhdid edən ən böyük təhlükə onların İslam düşmənlərinə tabe olmalarıdır.

Dünyadakı yəhudi-sionist lobbisi, o cümlədən Amerika, sionist rejim və bəzi Avropa rejimləri müsəlmanları nəzarət altına almağa və onlara təsir etməyə çalışır. Düşmənlər o həddə çatıblar ki, ərəb və islam ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanında məktəblərin tədris üsullarına müdaxilə edir, Quran ayələrini yığışdırırlar. Çünki sionistlər bu ayələrə nifrət edirlər".

Xəbəri paylaş

VİDEOLAR