Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Hizam Əsəd bu gün səhər Yəmənin işğal olunmuş ərazilərə raket hücumundan sonra mesaj yayıb.
Az.rasthaber.com xəbər verir ki, Əsədin “Qəzzanı heç vaxt tək qoymayacağıq” ifadəsi Yəmənin İsrailə birbaşa dəstəyinin göstəricisi kimi qiymətləndirilib.
Sionist rejim ordusu bu gün səhər saatlarında Yəməndən İsrail ərazisinə doğru raket atıldığını açıqlayıb. Geniş ərazidə həyəcan sirenləri işə salınarkən, Bir əl-Sabinin (Be'er Şeva) şərqində partlayış səsinin eşidildiyi də bildirilib.