Ənsarullah Qırmızı dənizdə bir gəmini hədəf alıb

Ənsarullah Qırmızı dənizdə bir gəmini hədəf alıb

Xəbər mənbələri Qırmızı dənizdə daha bir ticarət gəmisinin PUA tərəfindən hədəf alınaraq yandırıldığını bildirib.

Az.rasthaber.org xəbər verir ki, Britaniya Dəniz Ticarət Əməliyyatları Təşkilatı bu açıqlamaları verdi:

"Yəməndə Ədəndən 60 mil cənub-şərqdə bir hadisə ilə bağlı xəbər aldıq".

Yəmən ordusu Fələstin xalqını dəstəkləmək üçün bundan əvvəl işğal altındakı Fələstin ərazilərinə gedən heç bir İsrail gəmisinin Bab əl-Məndəb boğazı və Qırmızı dənizdən keçməsinə icazə verməyəcəyini bəyan etmişdi.

Xəbəri paylaş

VİDEOLAR