ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmən Ənsarullah Hərəkatının Qırmızı dənizə 2 gəmi əleyhinə raket atdığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, CENTCOM-un X sosial media platformasında verilən açıqlamada Ənsarullahın Yəməndə nəzarəti altında olan bölgədən Qırmızı dənizə 2 gəmi əleyhinə raket atdığı bildirilib.
Yəmənin Ənsarula Hərəkatının lideri Əbdülməlik əl-Husi noyabrın 14-də televiziya çıxışında İsrailin mühasirədə olan Qəzza zolağına hücumlarına cavab olaraq Qırmızı dənizdə İsrail gəmilərini hədəfə ala biləcəkləri ilə hədələmişdi.
Ənsarullah Hərəkatının hərbi sözçüsü Yəhya Seri noyabrın 19-da X hesabında verdiyi açıqlamada İsrail bayraqlı istənilən gəmini hədəf alacaqlarını açıqlayıb.