Ənsarullah lideri və BMT təmsilçisinin görüşünün detalları məlum oldu

Ənsarullah lideri və BMT təmsilçisinin görüşünün detalları məlum oldu

Yəmən “Ənsarullah” hərəkatının lideri və BMT-nin xüsusi nümayəndəsi görüşüb

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən “Ənsarullah” hərəkatının lideri və BMT-nin xüsusi nümayəndəsi Martin Griffiths biraraya gəliblər.

Yəmən Milli Heyətinin sədri Məhəmməd Abdussəlam bununla bağlı açıqlama verib.

O deyib ki, BMT-nin xüsusi nümayəndəsi Martin Griffiths və “Ənsarullah” lideri Əbdülməlik əl Husi çümə axşamı günü bir-araya gəlib.

İki tərəf görüş zamanı, Səud rejiminin əsirlərin dəyişdirilməsi mövzusundakı məsuliyyətini və vəzifələrini gecikdirməsi haqqında müzakirə ediblər.

Husi bu görüşdə, davam edən mühasirə, gəmilərin dayandırılması və Yəmən xalqının yaşadığı ağır şərait haqqında Martin Griffithslə danışıb.

Görüşdə həmçinin atəşkəs, buna problem yaradan koalisiyanın mülki vətəndaşlara hücumlar da diqqətə çatdırılıb.

Xəbəri paylaş

VİDEOLAR