Yəmənin Ənsarullah Hərəkatının lideri bir daha bəzi ərəb ölkələrinin hökmdarlarını sionist rejimlə əməkdaşlıq və şərikliklərinə və Fələstin xalqına xəyanətlərinə görə tənqid edib.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi bugünkü çıxışında deyib:
"Qəzza zolağında müsəlmanlar amansız hücumlara və soyqırıma məruz qalır və bu vəziyyət hətta qeyri-müsəlman ölkələrdə də insan vicdanını oyadıb.
Sionist rejimin Qəzza zolağı və İordan çayının qərb sahilindəki hücumlarına qarşı hər bir müsəlmanın mənəvi və dini məsuliyyəti, eləcə də insani vicdanı var.
Bəzi ərəb rejimlərinin sionist rejimə əməkdaşlığı, ortaqlığı və təslim olması indi üzə çıxıb və hamıya məlumdur.
Bu rejimlər çox biabırçı vəziyyətdədirlər.
Cihad ruhunun olmaması Rəsulullaha (s.a.a) itaət yolunda böyük bir boşluq yaradır və bunun nəticələri təhlükəlidir".