Ənsarullah İsrailin Hayfa limanını bombalayacağını açıqlayıb

Ənsarullah İsrailin Hayfa limanını bombalayacağını açıqlayıb

Yəmənin Ənsarullah Hərəkatı sionist İsrailin şimalındakı Hayfa limanını bombalayacaqlarını açıqlayıb. Bəyanatda xəbərdarlıq edilib ki, “gəmiləri Hayfa limanında olan və ya ona gedən bütün şirkətlər bu və sonrakı bəyanatlarda deyilənləri nəzərə almalıdırlar”.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah sionist İsrailin şimalında yerləşən Hayfa limanını bombalayaraq və gəmilərin ora daxil olmasına maneçilik törədərək fəaliyyətlərini dayandıracaqlarını açıqlayıb.

"Biz Allaha təvəkkül edərək, rəhbərliyin göstərişlərini yerinə yetirmək və Hayfa limanına dəniz blokadası yaratmaq qərarına gəldik. Hayfa limanına girişə qadağa qoyulması qərarı İsrailin qəddar təcavüzünün artmasına və Qəzza zolağında davam edən blokada və aclığa cavabdır", - Ənsarullah silahlı qüvvələrinin bəyanatında deyilir. 

Bəyanatda xəbərdarlıq edilib ki, “gəmiləri Hayfa limanında olan və ya ona gedən bütün şirkətlər bu və sonrakı bəyanatlarda deyilənləri nəzərə almalıdırlar”.

Ötən həftə İsrail aviasiyası Qırmızı dənizdəki Hudeydə əyalətində Yəmənin limanlarına yeni hücumlar təşkil edib, nəticədə bir nəfər ölüb, 15-dən çox adam yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR