Ənsarullah İŞİD və Əl Qaidəyə qarşı əməliyyat keçirir

Ənsarullah İŞİD və Əl Qaidəyə qarşı əməliyyat keçirir

Səudiyyə koalisiyasının qırıcıları bu günə qədər İŞİD və Əl Qaidəyə dəstək verməkdədir.

 Rasthaber Azərbaycan xəbər verir ki, Ənsarullah və müttəfiqi olan qəbilələr, Əl-Bəyzanın şimal qərbində olan əl-Qüreyşiyyə və Lələd Rəbi bölgələrində İŞİD və Əl Qaidə terrorçularının mövqelərinə qarşı əməliyyat keçirib.

Əl-Qeyfə bölgəsinin qərb hissəsindəki əl-Zaqrah, əl-Şaria, əl-Habza və Cəbəl əl-Alib bölgələri bir müddət öncə Ənsarullah tərəfindən başladılan əməliyyat ilə azad olunmuşdu.

Əməliyyatlar bu istiqamətdə davam edir və Səudiyyə koalisiyasının qırıcıları bu günə qədər İŞİD və Əl Qaidəyə dəstək verməkdədir.

Son zamanlar İŞİD və Əl Qaidə terror qruplaşması Yəməndə Ənsarullah və müttəfiqlərinə qarşı hücum və terror aktı törətməkdədilər.

Xəbəri paylaş

VİDEOLAR