Yəmən Ənsarullah Hərəkatının lideri bəyan edib ki, sionist rejim ordusu müqavimət qüvvələri ilə hərbi qarşıdurmada məğlubiyyətə düçar olub və bu səbəbdən mülki vətəndaşları zorla təxliyə etmək məqsədi ilə hədəfə alıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının rəhbəri Seyid Əbdülməlik Bədrəddin əl-Husi bugünkü çıxışında sionist rejimin Qəzzə zolağı və Livana təcavüzü ilə bağlı son hadisələr haqqında deyib: “Hərbi qarşıdurmada məğlubiyyətə düçar olan və bəyan etdiyi məqsədlərinə çata bilməyən düşmən İsrail mülki əhalinin hərtərəfli hədəf alınması kimi cinayət yolunu tutub.”
“Dəfələrlə vurğuladığımız kimi uşaqlar və qadınlar da daxil olmaqla şəhidlərin sayından asılı olmayaraq, böyük cinayətlərin törədilməsi hərbi nailiyyət deyil. Sionist rejim bu qədər cinayət törətməsinə baxmayaraq, açıq-aşkar və qəti məğlubiyyət vəziyyətindədir” - deyə, Ənsarullah lideri əlavə edib.
Əl-Husi bildirib: “Çoxları tamaşaçı olmağı və heç bir səviyyədə mövqe tutmamağı qəbul edib. Bu çox narahatedicidir. Onlar hətta siyasi, diplomatik, Ərəb-İslam və islami səviyyələrdə sözün əsl mənasında heç bir mövqe göstərməyib.”
Ənsarullah lideri sonra deyib: “İsrail cinayətkar davranışı ilk gündən var idi. O zaman İranın Ərəb bölgəsində baş verənlərlə heç bir əlaqəsi yox idi. İran İslam İnqilabının vəfadarlığından biri də Fələstin xalqına dəstək verməyi islami vəzifə hesab etməsidir.”