Ənsarullah hərəkatı İsrailin Suriyaya hücumunu pisləyib

Ənsarullah hərəkatı İsrailin Suriyaya hücumunu pisləyib

Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosu bazar günü gecə dərc etdiyi bəyanatda sionist İsrail rejiminin Suriya ərazisinə etdiyi hücumu qətiyyətlə pislədiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatı Siyasi Bürosu bildirib:

"İsrail rejiminin Suriyaya hücumlarını, Quneytra və Cəbəl-Şeyxdə yeni bölgə və kəndləri işğal etməsini, Dəməşqə hücumlarını böyük narahatlıqla izləyirik"

Bəyanatda İsrail rejiminin bu hücumlarının Suriyanın suverenliyinin açıq şəkildə pozulması olduğu vurğulanıb. Bu hücumların məqsədinin Suriyadakı mövcud vəziyyətdən istifadə edərək ölkədə yeni reallıq yaratmaq olduğu da bildirilib.

Ənsarullah verdiyi açıqlamada bildirilib:

"Suriyanın ərazi bütövlüyü və xalqının İsrail rejiminin hücumlarına qarşı qorunmasına dəstəyimizi davam etdirəcəyik".

Xəbəri paylaş

VİDEOLAR