Yəmən Ənsarullah Hərəkatı Ədən körfəzində ABŞ gəmisini qanadlı raketlərlə hədəfə aldıqlarını və onu "dəqiq" vurduqlarını açıqlayıb.
Az.rasthaber.org xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının sözçüsü Yəhya Seri əl-Mesira televiziyasına verdiyi açıqlamada bildirib:
“ABŞ-İngiltərənin məzlum Fələstin xalqına kömək məqsədilə Yəmənə qarşı təcavüzünə cavab olaraq, silahlı dəniz qüvvələrimiz Ədən körfəzində AİB-in “Kim Ranger” gəmisini hədəfə alıb".
Sözügedən hücumun qanadlı raketlərlə həyata keçirildiyini bildirən Seri, hədəfi “dəqiq” vurduqlarını qeyd edib.