Ənsarullah: Bütün ABŞ Dəniz Koalisiyaları ilə vuruşacağıq

Ənsarullah: Bütün ABŞ Dəniz Koalisiyaları ilə vuruşacağıq

Ənsarullah hərəkatının siyasi ofisinin üzvü ABŞ-ın Qırmızı dənizdə quracağı istənilən koalisiyaya qarşı mübarizə aparacaqları barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəhti xəbərdarlıq edib: “Amerika Yəmənə hücum etsə, hərbi və mənəvi cəhətdən məğlub olacaq.

Yəmən silahlı qüvvələrinin Yəmənə qarşı istənilən hücuma cavab vermək üçün ağrılı variantları var. Biz yalnız İsrailə məxsus olan və ya sionist rejimə doğru gedən gəmiləri hədəfə alırıq”.

Sionist rejim ordusunun Qəzzə zolağına hərtərəfli hücumlarından sonra Yəmən ordusu Fələstin xalqına dəstək olmaq üçün işğal olunmuş ərazilərə gedən bir çox İsrail gəmilərini hədəfə alıb.

Məhəmməd əl-Bəhti sözlərinə belə davam edib: “Yəmən dəniz nəqliyyatının təhlükəsizliyini qorumağa çalışır.

Biz ancaq sionist rejimin maraqlarına zidd hərəkət edirik. Amerikanın Qırmızı dənizdə quracağı bütün koalisiyalara qarşı mübarizə aparacağıq.

Qırmızı dənizdəki əməliyyatlarımızı dayandırmaq üçün ABŞ başda olmaqla bir çox ölkə ilə dolayı əlaqə davam edir”.

Xəbəri paylaş

VİDEOLAR