Yəmənin Ənsarullah hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husi bazar ertəsi günü verdiyi açıqlamada bildirib ki, işğalçı koalisiyanın hücumlarına baxmayaraq, Yəmən xalqının dəyərləri və dəyərlərə əsaslanan qətiyyətli fəaliyyətləri davam edir.
Az.rasthaber.com "Parstoday"a istinadən xəbər verir ki, İslamın hidayət və bəsirət dini olduğunu deyən əl-Husi bildirib:
"Təhsildə nümunəmiz cəhalət həqiqətini dəyişdirməyə və müdrik xalq yaratmağa müvəffəq olmuş Allah Rəsulunun (s) yoludur.
Düşmənlər Yəmən gənclərini hədəfə almaq istəyirlər, çünki onlar ümmətin gücü, bu günü və gələcəyidir. Yəmən düşmənlərinin taktikalarından biri, şübhəsiz ki, onların təbliğat üsulları və qələmləridir. Bu yolla ümməti zəiflətmək, xalqımızı xar edərək, zülmə baş əydirmək istəyirlər.
Biz gənclərə qarşı edilən hücumlara qarşı durmalı, onları məlumatlandıraraq, təhlükədən qorumağa çalışmalıyıq. Çünki, İslam ümməti azğın əməllərdən çox əziyyət çəkib. Yəmən xalqı düşmənlərin hökmranlığından qurtuluş çərçivəsində hərəkət edir.