Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri, Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam BMT-nin Səfər neft tankerinin yaratdığı təhlükələrə əhəmiyyət vermədiyini söyləyib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Məhəmməd Əbdüs-Salam Twitter səhifəsində BMT-nin Səfər gəmisinə laqeyd münasibətini tənqid edib. “Səna hökuməti, Səfər neft tankerini qorumaq və təmir etmək üçün razılaşma imzaladı və bu müddətdə BMT-nin imzasını gözləyir, lakin BMT-nin bu cür potensial təhlükəni bilməməsi, BMT-nin olduğu mövqeyə layiq olmadığını göstərir”, - deyə o yazıb.
Ədüs-Salam Səfər tankerinin tək qalacağı təqdirdə ciddi təhlükələrin olacağını və bunun üçün bütün məsuliyyəti BMT-nin üzərinə götürməli olduğunu bildirib.
Səfər neft tankeri son dörd ildə Hudeydədəki Ras İsa limanında lövbər salıb və yük yerində bir milyon bareldən çox yüngül neft var və bu dörd illik xidmət və təmir müddətində Qırmızı dəniz üçün ekoloji təhlükə yaradıb. Səudiyyə rejimi gəminin limandan çıxmasına hələ icazə verməyib.