Ənsarullah: Amerikalıları gəldikləri yerə qayıtmaları üçün xəbərdar edirik

Ənsarullah: Amerikalıları gəldikləri yerə qayıtmaları üçün xəbərdar edirik

Sionist İsrail 56 gündür Qəzzada dinc əhalini qətlə yetirdiyi bir vaxtda, oktyabrın 7-dən başlayaraq Yəmənin Ənsarullah hərəkatı da Fələstinə dəstək üçün meydanlara çıxıb.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərəkatı həm sionist rejimin, həm də bu qatil rejimin ən böyük dəstəkçisi olan ABŞ-ın gəmilərini hədəfə alaraq Fələstin xalqı ilə həmrəy olduğunu bəyan edib.

Yəmən Ənsarullah Hərəkatının siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi ABŞ-a növbəti dəfə xəbərdarlıq edib.

Məhəmməd Əli-Husi bu sözləri deyib: “Amerikalıları gəldikləri yerə qayıtmaları üçün xəbərdar edirik.

“Yəmən xalqı sionist düşmənlə silahları ilə vuruşacaq cihad millətidir”.

Xatırladaq ki, cümə axşamı HƏMAS və sionist rejim arasında əsir mübadiləsinin yeddinci mərhələsi baş tutub. Bu prosesdə sionistlər 30 fələstinlini, HƏMAS isə 8 israillini azad edib.

Qəzzanın Səhiyyə Nazirliyi cümə günü sionist rejimin həyata keçirdiyi hücumlarda 178 nəfərin şəhid olduğunu, 589 nəfərin isə yaralandığını bildirib.

 

Xəbəri paylaş

VİDEOLAR