Ənsarullah: ABŞ Qırmızı dənizi tərk etməlidir!

Ənsarullah: ABŞ Qırmızı dənizi tərk etməlidir!

Yəmən Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Əli əl-Kəhum müharibənin Amerikaya çox baha başa gələcəyini və ABŞ-ın Qırmızı dənizdən və Yəmənin işğal olunmuş ərazilərindən çəkilməli olduğu barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, Əli əl-Kəhum Sənanın işğal rejiminə qarşı hücumlarının davam etdiyini bildirərək, "Yəmənin Qırmızı dənizdə sionistlərə qarşı əməliyyatları davam edəcək" dedi.

Əli əl-Kahum ABŞ-a belə xəbərdarlıq edib: “Amerikalılar bilməlidirlər ki, nə Qırmızı dənizdə, nə də başqa yerdə İsrailə dəstək verə bilməyəcəklər. Bu müharibə onlara çox baha başa gələcək və onlar Qırmızı dənizi və Yəmənin işğal olunmuş ərazilərini tərk etməlidirlər”.

ABŞ Ordusu Mərkəzi Komandanlığı (CENTCOM) bu yaxınlarda Qırmızı dənizdə Yəmən qüvvələri ilə qarşıdurmaya girdiyini və 10 yəmənli əsgəri şəhid etdiyini açıqlamışdı.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Seri CENTCOM-un bəyanatından sonra bu açıqlamaları verib: “Amerika Yəmən dəniz qüvvələrinin şəhadətinə görə məsuliyyəti öz üzərinə götürməlidir və onların hərəkətləri Yəmən qüvvələrinin Fələstinə qarşı dini və mənəvi vəzifələrini yerinə yetirməsinə mane olmayacaq”.

Yəmən ordusu Fələstin xalqını dəstəkləmək üçün bundan əvvəl işğal altındakı Fələstin ərazilərinə gedən heç bir İsrail gəmisinin Bab əl-Məndəb boğazı və Qırmızı dənizdən keçməsinə icazə verməyəcəyini bəyan etmişdi.

Əli əl-Kahum əl-Meyadin kanalına deyib: “Amerika, İngiltərə və ya İsrail təhdid etsə belə, Yəmənin Qırmızı dənizdəki əməliyyatları davam edəcək. “Amerikalılar Yəmənə qarşı bütün düşmənçilik hərəkətlərinin nəticələrini qəbul etməlidirlər”.

Bu yəmənli rəsmi Yəmənin Fələstinə və Müqavimət Qüvvələrinə dəstəyini davam etdirəcəyini bildirib və deyib: "İsrail Qəzzaya və Fələstin xalqına hücumlarını davam etdirdiyi müddətcə biz istənilən varianta hazırıq və barmaqlarımız tətikdə olacaq".

Xəbəri paylaş

VİDEOLAR