Ənsarullah ABŞ-ın pilotsuz təyyarəsini vurdu

Ənsarullah ABŞ-ın pilotsuz təyyarəsini vurdu

Yəmənin Ənsarullah Hərəkatı ABŞ-ın daha bir MQ-9 pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullahın hərbi sözçüsü Yəhya Seri hadisə ilə bağlı verdiyi açıqlamada bildirib:

"ABŞ-a məxsus MQ-9 tipli PUA Yəmənin şimal-qərbindəki Həcc bölgəsinin hava məkanında düşmən missiyaları yerinə yetirərkən vuruldu".

 ABŞ PUA-nın yerli istehsal olan yerdən atılan raketlə vurulduğunu qeyd edən Seri, bunun 2023-cü ilin noyabr ayından Husilər tərəfindən vurulan 19-cu ABŞ PUA-sı olduğunu qeyd edib.

ABŞ-ın davam edən hücumlarının Ənsarullahın hərbi imkanlarına mane olmadığını vurğulayan Seri, Qəzzada mühasirə qaldırılana qədər ABŞ-a qarşı hərbi əməliyyatlarının davam edəcəyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR