Yəmən Ənsarullah Hərəkatı Ədən körfəzində bir Amerika neft tankerini və Qırmızı dənizdə bir sıra Amerika döyüş gəmisini hədəf aldıqlarını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Seri Telegram hesabında yazılı açıqlama verib.
Yəhya Səri “Ənsarullahın dəniz qüvvələrinin Ədən körfəzində Amerika neft tankerini, hava qüvvələrinin isə Qırmızı dənizdə bir sıra Amerika döyüş gəmilərini hədəf aldığını” ifadə edərək, hücumların nəticələri ilə bağlı məlumat verməyib.
Seri, hücumların "Fələstin xalqının zülmünə qarşı və onların ölkəsinə qarşı Amerika-İngiltərə təcavüzünə cavab olaraq" həyata keçirildiyinə diqqət çəkib.