Yəmənin Ənsarullah Siyasi Şurasının üzvü ABŞ-ın İran İslam Respublikasının nüvə obyektlərinə qarşı həyasız təcavüzünü qətiyyətlə pisləyib və vurğulayıb ki, yəmənlilər ABŞ-ın təcavüzünə nə vaxt cavab verəcəkləri barədə İranın qərarını gözləyirlər.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullahı Siyasi Şurasının üzvü Məhəmməd əl-Buhti vurğulayıb: Amerika və İsrail Fələstin, Yəmən və İran xalqlarının iradəsini heç vaxt qırmayacaq.
Buhti bəyan edib ki, İsrail problemi yalnız onun məhvi ilə bitəcək.
ABŞ-ın İrana qarşı son təcavüzünə cavab vermək üçün müqavimət oxu ilə koordinasiya etdiklərini bildirən Əl-Buhti, İranın bu təcavüzə nə vaxt cavab verəcəyi ilə bağlı qərarını gözlədiklərini bildirib.