Ənsarullah ABŞ-a məxsus hərbi gəmini vurdu

Ənsarullah ABŞ-a məxsus hərbi gəmini vurdu

Yəmən Ənsarullah Hərəkatı Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ hərbi gəmisini vurduqlarını və 2 ticarət gəmisini geri qayıtmağa məcbur etdiklərini açıqlayıb.

Az.rasthaber.org xəbər verir ki, Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Seri verdiyi açıqlamada həm Qəzzaya dəstək, həm də ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab olaraq Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ döyüş gəmiləri ilə toqquşmalara girdiklərini bildirib.

Bölgədə ABŞ döyüş gəmiləri ilə qarşıdurmaların 2 saatdan çox davam etdiyini bildirən Səri deyib:

"ABŞ döyüş gəmilərindən birini vurduq və 2 ticarət gəmisini geri qayıtmağa məcbur etdik".

ABŞ gəmilərinin ballistik raketlərlə hədəf alındığına diqqət çəkən Seri, ABŞ döyüş gəmilərinin müqavimət göstərmək cəhdlərinə baxmayaraq, raketlərin bir hissəsinin hədəflərinə çatdığını qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR